"Qarabağ" Makedoniyaya yollandı
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Metallurq"un qonağı olacaq "Qarabağ" klubu artıq Makedoniyaya yola düşüb.

Ağdam təmsilçisi adı çəkilən ölkəyə Türkiyənin paytaxtı Ankaradan yollanıb.

Qurban Qurbanovun komandası bu axşam matçın keçiriləcəyi "II Filip" stadionunda məşqə çıxacaq.

Qeyd edək ki, "Metallurq" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Xəbər 868 dəfə oxundu.