Buffon: "Futbol dünyasındakı yerimizi sübut etdik" | |
Konfederasiyalar Kubokunda bürünc medalın sahibi olan İtaliya millisinin kapitanı Canluci Buffon Uruqvayla oyundan (3:2 penaltilər) sonra açıqlama verib. Təcrübəli qapıçı qələbə ilə qürur duyduqlarını deyib: "Çətin bir matçda yaxşı oyun göstərdik. Mən də komandam üçün əlimdən gələni etdim. Futbol dünyasındakı yerimizi sübut etdik". Qeyd edək ki, Buffon penaltilər seriyasında üç top saxlayaraq qalibiyyətin memarı olub. |
|
Xəbər 1159 dəfə oxundu. |
|
|