Almeyda yola hazırlaşır
«Beşikdaş»ın yeni baş məşqçisi Slaven Biliç portuqaliyalı futbolçu Uqo Almeydanı heyətdə görmür. İdman.com.az saytı xəbər verir ki, imzalama mərasimi öncəsi klub rəhbərliyinə hesabat göndərən xorvat mütəxəssis Almeydanın satış siyahısına keçirilməsini istəyib. Biliç portuqaliyalı qolçunun təklif gəlməsi halında satılmağını rəhbərlikdən tələb edib.

2 köməkçisi İstanbula gələcək Biliç transfer edilməsini istədiyi oyunçuları da rəhbərliyə bildirdi. Xorvat məşqçinin prioriteti ölkəsinin millisində onun rəhbərliy altında oynamış 24 yaşlı stoper Mario Malkomdu. Xorvatiya «Hayduk»unda forma geyinən oyunçunun dəyəri 1 milyon 850 min avrodur. «Beşikdaş»ın üç illiyinə razılaşdığı yeni baş məşqçi Slaven Biliçin rəsmi müqavilə imzalama mərasimi 2 gün əvvəl baş tutub.

Bu mərasimdən sonra məşqçi diqqətini qapıçı transferinə yönəlib. Onun hədəfi «Trabzonspor»un təcrübəli qapıçısı Tolqa Zəngindir. Trabzonluların daha əvvəl satmaq istəmədikləri qolkiper Tolqanın ayrılmaq istəməsi səbəbindən tərəflər yenidən bazarlıq masasına oturdular. «Trabzonspor»un Tolqa üçün 4 milyon avro istədiyi, «Beşikdaş»ın isə 2,5 milyon avro təklif etdiyi bildirilir. Tərəflər arasındakı bazarlıqların önümüzdəki günlərdə dəqiqləşməsi gözlənilir.

Tolqa üçün razılaşma əldə edilə bilmədiyi təqdirdə «Beşiktaş» rəhbərliyinin ödəniş problemi olmayan, lakin menecerinin imza pulu istədiyi Sinan Bolatla yenidən müzakirəyə başlayacağı gözlənilir. Bundan əlavə «Beşiktaş»ın 28 yaşlı uruqvaylı futbolçu Valter Qarqanoya da təklif göndərdiyi bildirilir. Qarqano ötən mövsüm Milan «İnter»ində icarə əsasında oynayıb və iki məhsuldar ötürmə ilə fərqlənib. Futbolçunun buraxılıq qiyməti 5 milyo avro olsa da, milanlılar onu «Napoli»dən tam almaq istəmədilər.

Xəbər 1000 dəfə oxundu.