Püşkatmanın detalları bəlli oldu
İyulun 2-də Bakı vaxtı ilə saat 18-də İsveçrənin Lozanna şəhərində Ümümdünya Boks Seriyassının (WSB liqası) 4-cü mövsümünün püşkü atılacaq. İdman.com.az saytı xəbər verir ki, püşkatma mərasimində ölkəmizi “Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev təmsil edəcək.

Tədbir WSB-nin saytı vasitəsi ilə canli yayımlanacaq. Qeyd edək ki, bu dəfə təşkilatçılar komandaları “səpələnmişlər” və “səpələnməmişlər” qrupuna ayırıblar. Ötən mövsümün finalçıları “Astana Arlans” və “Ukraine Otamans” ayrı-ayrı qrupda yer alacaqlar. Bundan başqa, ötən mövsümün yarımfinalçıları “Mexico Guerreros” və “İtalia Thunder” ilkin mərhələdə rəqib olmayacaqlar.

Bu dəfəki yarışda 12 komanda mübarizə aparacaq. Qeyd edək ki, ilk dəfə olaraq WSB liqasında boksçular 10 çəki dərəcəsində (49, 52, 56, 60, 64, 69, 75, 81, 91 və 91+kq) çıxış edəcəklər.

Xəbər 1058 dəfə oxundu.