Yeniyetmə boksçular Qazaxıstandan 6 medalla döndü
Qazaxıstanın Kostanay şəhərində Seul Olimpiadasının mükafatçısı Aleksandr Miroşniçenkonun xatirəsinə yeniyetmələr arasında boks turnirinə yekun vurulub. İdman.com.az saytı xəbər verir ki, yarışda milli komandamız məşqçilər Elbrus Rzayev və Hüseyn Bağırovun rəhbərliyi ilə çıxış edib.

Qazaxıstana yollanan 10 boksçumuzdan altısı vətənə medalla dönüb. 57 kq çəki dərəcəsində mübarizə aparan Cavid İsgəndərzadə bütün döyüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ümüd Rüstəmov (50 kq) və Mirağa İsmayılov (60 kq) yalnız finalda uduzaraq, 2-ci yerə layiq görülüblər. Elşən Məmmədov (52 kq), Malik Həsənov (46 kq) və Cavidan Verdizadə (54 kq) 3-cü yerlə kifayətləniblər.

Xəbər 1411 dəfə oxundu.