Məşhur klubdan “Bakı”ya daha bir rəhbər gəlir
“Bakı” klubunda köklü dəyişikliklər baş verir. Prezident Hafiz Məmmədov ilk növbədə əsas komandanın baş məşqçisi problemini həll edib.

Belə ki, “Atletiko”nun əvəzedici komandasına, eləcə də aşağı yaş qruplarında fəaliyyət göstərmiş Milinko Pantiç artıq əsas heyəti nəzarətə götürüb. Amma “Atletiko”dan gələn rəhbərlər bununla yekunlaşmayacaq. Belə ki, “Bakı”nın Futbol Akademiyasına da “Atletiko” təcrübəsi olan şəxs nəzarət edəcək. Yüksəl Köpoğlunun istefaya göndərilməsindən sonra “Bakı”da uşaq komandalarına nəzarət ispanlara veriləcək.

Artıq “Bakı” özü üçün bu adamın kimliyini dəqiqləşdirib. Sadəcə, ixtimaiyyətə hələ ki, bununla bağlı məlumat verilmir.

Xəbər 983 dəfə oxundu.