Umut Bulut "Qalatasaray"ı tərk etdi
Ötən mövsüm "Qalatasaray"ın formasını geyən Umut Bulut İstanbul təmsilçisini tərk edib. Bulut müqavilə ilə məxsus olduğu Fransanın "Tuluza" klubunun düşərgəsinə üz tutub. "Qalatasaray" Bulutu heyətində saxlamaq istəyir. "Cim-Bom" təcrübəli futbolçunun transfer hüququna birdəfəlik yiyələnmək fikrindədir. Lakin Fransa klubu ilə ortaq məxrəcə gəlmək hələ ki mümkün olmur. Belə ki, "Qalatasaray" Umut üçün qarşı tərəfə 1 milyon 250 min avroluq təklif irəli sürsə də, rədd cavabı alıb. "Tuluza" türk futbolçunu 2 milyondan aşağı qiymətə satmayacağını bəyan edib.

Qeyd edək ki, Umut Bulutun "Tuluza" ilə sözləşməsi 1 ildən sonra bitəcək. Hazırda Fransa klubunun məşqlərində iştirak edən Umut tezliklə problemin həllini gözlədiyini və yenidən "Qalatasaray"ın formasını geymək istədiyini açıqlayıb.

Xəbər 917 dəfə oxundu.