David Vilya "Tottenhem"ə keçir
“Barselona”nın hücumçusu David Vilya karyerasını böyük ehtimalla “Tottenhem”də davam etdirəcək. İngiltərə klubu futbolçunun transferinə görə qarşı tərəfə 9 milyon avro ödəməyə hazırdır.

İspaniyalı hücumçu kataloniyalıların rəhbərliyindən londonlularla şəxsi müqaviləsinin şərtlərini müzakirə etməyə icazə alıb. O, özü də “Tottenhem”ə keçməyin əleyhinə deyil. Əgər transfer baş tutsa, Vilyanın Londondakı həftəlik məvacibi 117 min avro olacaq.

Bundan başqa, “Tottenhem”in “Korintians”ın yarımmüdafiəçisi Paulinyo ilə də razılığa gəldiyi bildirilir.

Xəbər 1010 dəfə oxundu.