"Beşiktaş" Ronaldinyoya rekord maaş ödəməyə hazırdı
“Beşiktaş” “Atletiko Mineyro”nun yarımmüdafiəçisi Ronaldinyonu heyətinə qatmaq fikrindən vaz keçmək istəmir. İstanbul klubu braziliyalı futbolçunun keçidini həll etmək üçün yeni təklif hazırlayıb. “Qara qartallar” Ronninin ilinə 8 milyon avroluq maaş ödəməyə hazırdılar. Futbolçu təklifi qəbul etsə, “Beştiktaş” tarixinin ən ödənişli futbolçusu olacaq.

Qeyd edək ki, daha əvvəl ən çox maaş Rikardo Kuareşmaya verilirdi. Portuqaliyalı yarımmüdafiəçi ilinə 3,7 milyon avro qazanırdı.

Xəbər 1104 dəfə oxundu.