Albaniyanın “Skenderbeu” klubu ciddi itki ilə üzləşib
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi” futbol komandasının rəqibi olan Albaniyanın “Skenderbeu” klubu ciddi itki ilə üzləşmib.

Klub Azərbaycan təmsilçisi ilə oyunlarda üç futbolçusunun xidmətindən yararlana bilməyəcək. Bunlar hücumçu Amarildo Dimo, yarımmüdafiəçi Nurudin Orelesi və müdafiəçi Ditmar Biçaydır.

Xəbər 948 dəfə oxundu.