“Rəvan” heyətini gücləndirməkdə davam edir
Yeni mövsümə ciddi hazırlaşan Bakının “Rəvan” futbol komandası heyətini gücləndirməkdə davam edir.

Komanda beşinci transferini rəsmiləşdirib. Bu vaxta qədər Elvin Həsənəliyev, Fuad Əhmədov, Ceyhun Cavadov və Bəxtiyar Soltanovu heyətinə cəlb edən “Rəvan” Novruz Məmmədov ilə ikiillik müqavilə imzalayıb.

Yaxın keçmişdə 4 il “Muğan”ın şərəfini qorumuş müdafiəçinin son klubu “Bakı” olub. Müdafiəçi Azərbaycan U-21 yığmasının heyətində 12 oyun keçirib.

Xəbər 1134 dəfə oxundu.