"Bakı" təlim-məşqlərini davam etdirir
Yeni mövsümə hazırlıq prosesi çərçivəsində "Bakı" gündə iki məşq keçirməklə təlim-məşqlərini davam etdirir. Dünən axşam məşqi zamanı komanda ikitərəfli oyun keçirib. Oyunçular “Qırmızılar” və “Ağlar” olmaqla iki komandaya bölünüblər.

Matç komandada qalacaq futbolçuları müəyyənləşdirmək xarakteri daşıyırdı. Ikitərəfli oyun “Qırmızılar”ın 7-1 hesablı inamlı qələbəsilə yekunlaşıb.

Qalib komandasının heyətində Rauf Əliyev 4, Mindauqas Kalonas, Əfran İsmayılov və Valeh Seyidov hərəyə 1 dəfə fərqləniblər. “Ağlar”ın yeganə qolunun müəllifi isə Rəşad Abdullayev olub.

Xəbər 914 dəfə oxundu.