Antonio Kassano komandanı tərk edir
“İnter”in futbolçusu Antonio Kassano komandanı tərk edir. 30 yaşlı hücumçu “Parma”ya keçməyə yaxındır. Bu barədə italiyalı futbolçunun meneceri Beppe Bosso məlumat verib. O bildirib ki, keçidin baş tutması üçün cüzi işlər qalıb.

Qeyd edək ki, Kassano ötən mövsüm A seriyası və Avropa Liqasında meydana çıxdığı 36 oyunda 9 qolun və 12 məhsuldar ötürmənin müəllifi olub.

Xəbər 925 dəfə oxundu.