Levandovski daha bir klubun maraq dairəsinə düşüb
Dortmund “Borussiya”sının və Polşa milli komandasının hücumçusu Robert Levandovski daha bir klubun maraq dairəsinə düşüb. “Mançester Siti” 24 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Bundan əvvəl “Bavariya” da Levandovskini heyətində görmək istəsə də, “Borussiya” onu müqavilə müddətinin sonunadək heç yerə buraxmayacağını bildirmişdi.

Qeyd edək ki, futbolçunun Dortmund klubu ilə anlaşması 2014-cü ilin yayında başa çatacaq.

Xəbər 1005 dəfə oxundu.