"Qarabağ"ın rəqibi bərabərə qaldı
Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Makedoniyanın "Metallurq" klubu yoxlama görüşündə qüvvəsini sınayıb.

Skopye təmsilçisi yerli "Teteks" klubu ilə qarşılaşıb.

Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar oyundan bərabərliklə ayrılıblar - 1:1.

Qeyd edək ki, "Metallurq" - "Qarabağ" oyunu iyulun 2-də, Bakı vaxtı ilə saat 20:45-də keçiriləcək.

Xəbər 873 dəfə oxundu.