“İtalyanlar daha yaxşı görünürdü”
Konfederasiyalar Kubokunun yarımfinal mərhələsində İtaliya yığmasına penaltilər seriyasında 7:6 hesabı ilə qalib gələn İspaniyanın baş məşqçisi Visente Del Boske oyun haqda fikirlərini dilə gətirib. Mütəxəssis hər iki milli komandanı lider adlandırıb:

“İlk hissədə italiyalılar daha yaxşı görünürdülər. Amma biz əlavə vaxtda oyunda balans yaratdıq. Yekun nəticəyə gəlincə, penaltilər seriyasında biz qalib ayrıldıq. Ümumilikdə isə İspaniya və İtaliya yığmaları bu gün göstərdi ki, dünya futbolunun liderlərinin sayına daxil olurlar”.

Xəbər 1296 dəfə oxundu.