İsko üçün 24 milyon
«Marca»nın yazdığına görə, «Malaqa» və «Real» birincilərin yarımmüdafiəçisi İskonun keçidi ilə bağlı yekun razılığa gəliblər. Madridlilər futbolçu üçün 24 milyon avro ödəyəcəklər. İskonun alınmasına Zinəddin Zidan təkid edirdi. Futbolçunun İspaniya gənclər yığmasından yoldaşları Morata, Naço və Karvaxal da onu «Real» keçməyə çağırırdılar. Beləlielə, İsko «Real»ın buy a 3-cü transferi olacaq. Daha öncə Daniel Karvaxal və Kazemiro alınmışdı.

İdman.com.az saytının məlumatına görə, «Real» indi «Malaqa»ya başqa futbolçular üçün hüquq verməyəcək. Daha əvvəl «Malaqa»ya Xose Kalyexon, Xese Rodriges və ya Alvaro Moratanın keçəcəyi güman edilirdi. İskonu «Malaqa»dan qoparmağa ikinci namizəd «Mançester Siti» idi. Bir qədər öncə 21 yaşlı futbolçunun «Mançester Siti»yə keçməyə qərar verdiyi də bildirilirdi.Ancaq ingilislər indi bu istəklərindən əl çəkməli və diqqəti başqa səmtə yönəltməli olacaqlar.

Xəbər 992 dəfə oxundu.