"Qarabağ"ın oyununda çex hakim
Avroliqanın birinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Metallurq" görüşünün baş hakimi müəyyənləşib.

Matçı çexiyalı hakim Radok Matejek idarə edəcək. 40 yaşlı referi 2004-cü ildə FİFA hakimi statusunu daşıyır. Hazırda 3-cü kateqoriyalı hakimlər siyahısına daxildir. Çex hakimin yolu bu günə qədər təmsilçilərimizlə kəsişməyib.

Xəbər 837 dəfə oxundu.