Arşavin "Zenit"lə 2 illik müqavilə imzaladı
Bir ara adı Azərbaycan klubları ilə yanaşı hallanan Andrey Arşavinin yeni iş yeri rəsmən müəyyənləşib. 32 yaşlı futbolçu rəsmən "Zenit"in oyunçusu olub. Arşavin Sankt-Peterburq klubu ilə 2 illik müqavilə imzalayıb. İyulun 1-də, "Arsenal"la sözləşməsi bitdikdən sonra Arşavin köhnə-yeni klubunun heyətinə qovuşacaq.

Qeyd edək ki, ilk dəfə "Zenit"də çıxış edərkən Arşavin 9 il ərzində komandanın heyətində 310 oyun keçirib bə 71 qol vurub. "Arsenal"da isə rus futbolçu 144 oyuna çıxıb və 31 qol vurub.


Xəbər 910 dəfə oxundu.