Şarapova rəzil oldu
Sürprizlərlə dolu Uimbledon Tennis Turnirində daha bir sensassiya qeydə alınıb. Qadın tennisinin 3 nömrəsi Mariya Şarapova özündən qat-qat zəif rəqibinə yenilib.

İkinci turda Mişel Larçer de Brito ilə qarşılaşan rus tennisçi heç cür istədiyi oyunu sərgiləyə bilməyib və məğlubiyyətlə barışıb. Bununla da 20 yaşlı portuqaliyalı karyerasının ən böyük uğurunu qazanıb. Mişel karyerası ərzində ilk dəfə Uimbledon turnirinin 3-cü turuna çıxıb.

Qeyd edək ki, Şarapovanı məğlub edən Mişel dünya sıralamasında 131-cidi.

Xəbər 1248 dəfə oxundu.