“Lans” ikinci liqadan uzaqlaşdırıldı
Azərbaycanlı iş adamı Hafiz Məmmədovun satın almağa hazırlaşdığı “Lans” klubu ikinci diviziondan uzaqlaşdırılıb. Fransanın idarəetmə sahəsinə nəzarət üzrə milli komissiyası komandanın maliyyə durumunun ağır olduğunu, ikinci liqada oynamaq üçün tələb olunan maliyə təminatını yerinə yetirmədiyini nəzərə alaraq, “Lans” üçüncü liqaya göndərib.

Qeyd edək ki, bununla əlaqədar keçirilən iclasa H.Məmmədov da dəvət olunub. Lakin o, işlərinin çoxluğu ilə əlaqədar tədbirə qatıla bilməyib.

Yeri gəlmişkən, “Lans” ikinci liqadakı yeri qoruyub saxlaya bilər. Bunun üçün iyulun 4-də keçiriləcək iclasda klub maliyyə şərtlərini yerinə yetirəcəyi haqda təminat verməlidir.

Xatırladaq ki, iyulun ilk günlərində H.Məmmədovla “Lans” arasında müqavilənin imzalanacağı gözlənilir. Bundan sonra isə klubun idarəçiliyi Azərbaycan tərəfinə keçəcək.

Güman etmək olar ki, iyulun 4-dəki iclasa qədər “Lans”ın maliyyə problemi aradan qaldırılacaq və komandada ikinci liqada qalacaq.

Xəbər 907 dəfə oxundu.