"Slima" - "Xəzər Lənkəran" matçının başlama saatı
Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Slima” (Malta) – “Xəzər Lənkəran” (Azərbaycan) matçının başlama vaxtı məlum olub.

Maltada baş tutacaq ilk oyun iyulun 2-də Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Qarşılaşma Ta-Qali şəhərinin eyniadlı stadionunda oynanılacaq.

Xəbər 793 dəfə oxundu.