İker Kasilyas: "Mourinyo məni ağlatdı"
1999-cu ildən "Real" (Madrid) klubunun şərəfini qoruyan İker Kasilyas sabiq baş məşqçisi Joze Mourinyo ilə yaşadığı problemlər haqda danışıb.

FİFA-nın rəsmi saytına müsahibə verən ispaniyalı qapıçı ehtiyatda qaldığı müddətdə ağladığını və yuxusuz gecələr keçirdiyini etiraf edib:

"Ehtiyatda qaldığım müddətdə ağladım və acı çəkdim. Xəstələndim və yuxusuz gecələr keçirdim. Çox çətin günlər idi. Buna öyrəşə bilmirdim. Mourinyo məni ağlatdı. Ancaq artıq Mourinyo "Real"da yoxdur".

Qeyd edək ki, cari mövsümdə əli qırılan Kasilyas daha sonra əsas heyətdəki yerini Dieqo Lopezə təhvil vermişdi.

Xəbər 972 dəfə oxundu.