«Benfika»dan «Bursaspor»a
«Bursaspor İngiltərə yığmasının keçmiş qapıçısı, 27 yaşlı Skott Karsona əvəz variantlarının axtarışındadır. İdman.com.az saytı xəbər verir ki, ingilis qolkiper Dumanlı Albiona dönmək niyyətindədir.

Türk klubunun rəhbərliyi isə onun yerini «Benfika»dan Artur Moareslə doldurmaq istəyir. «Bursaspor» bu qapıçı üçün portuqaliyalılara 3 milyon avro ödəməyə hazırdı. Moraes ötən mövsümdə komandasının 22 oyununu qapısından qol buraxmadan keçirib.

Xəbər 893 dəfə oxundu.