Finlandiyalı futbolçu «İnter»dən danışdı
«Wikipedia»ya baxdım və öyrəndim ki, «İnter» ötən mövsümü üçüncü pillədə başa vurub. Rəqib haqda ətraflı məlumatım yoxdu». Bu sözləri «İnter»in Avropa Liqasındakı rəqibi «Mariehamn»in futbolçusu Tommi Virtanen deyib.

Virtanen «İnter»lə bağlı fikirlərini bildirib: «İnter»in heyətinə baxdım və tanış ada rast gəlmədim. Rəqibin bizim üçün arzulanan və ya qorxulu rəqib olduğunu söyləmək çətindi. Hər halda biz Avroliqada oynamaqdan böyük zövq alacağıq».

Xəbər 866 dəfə oxundu.