“Xəzər Lənkəran” Benado tərəfindən diqqətə götürülüb
“Xəzər Lənkəran” Hayfa “Makkabi”sinin baş məşqçisi Erik Benado tərəfindən diqqətə götürülüb. Məşqçi Avropa Liqasında rəqibinin müəyyənləşəcəyi “Slima” - “Xəzər Lənkəran” cütünü diqqətdə saxlayacaq: “Hər 2 komanda bir-biri ilə 2 dəfə oynayacaq. Biz bu faktı maksimal dərəcədə istifadə edəcəyik. Bununla “Slima” və “Xəzər Lənkəran” haqda mümkün olan hər şeyi öyrənə biləcəyik”.

Qeyd edək ki, Hayfa klubu mübarizəyə II təsnifat mərhələsində səfərdə başlayacaq.

Xəbər 997 dəfə oxundu.