"Simurq" Mingəçevir, Qax, sonra isə Gürcüstana gedəcək
Geridə qalan mövsüm əvəzedici heyətlərin ölkə birinciliyini gümüş medallarla tamamlayan "Simurq" - Rövşən Babayevin yetirmələri bu gündən etibarən hazırlıqlara başlayacaq.

İdman.com.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mingəçevirdə bir araya gələcək komanda burada üç günlük seleksiya işlərindən sonra, iyulun 3-dən Qaxda təlim-məşq toplanışına start verəcək. İki həftəlik hazırlıqlardan sonra "sarı-qaralar" Gürcüstana yollanacaq. Bir həftədə qonşu ölkədə təlim-məşq toplanışı keçəcək komanda, burada bir neçə yoldaşlıq görüşlərində gücünü sınaqdan keçirəcək.

Qeyd edək ki, "Simurq"un əvəzedici heyəti Mingəçevirdəki məşqləri şəhər stadionunda keçirəcək. Burada əsasən heyəti formalaşdırmağa çalışacaq komanda, baxış üçün dəvət olunmuş gənc futbolçular arasında seçim edəcək. Məşqçilər korpusunun inamını qazanmış oyunçularla rəsmi müqavilələr bağlanacaq.

Xəbər 997 dəfə oxundu.