Kriştiano Ronaldo: “Messi, sən dünyanın ən yaxşısısan!”
Son dörd ildə dünyanın ən yaxşı futbolçusu adını qazanan və rekordları alt-üst edən "Barselona"nın hücumçusu Lionel Messi dünən 26 yaşını qeyd edib.

Bu münasibətlə futbolçunun azarkeşləri maraqlı addım atıb.

Belə ki, onlar argentinalı ulduzla müqayisə edilən "Real"ın futbolçusu Kriştiano Ronaldonun bir fotosunu hazırlayıblar.

Şəkildə portuqaliyalı hücumçu əlindəki kağızla Messini doğum günü münasibəti ilə təbrik edir və "hələ də dünyanın ən yaxşı futbolçusu sənsən" sözlərinə yazır.

Xəbər 1034 dəfə oxundu.