Qvardiola: “Kubok qazanmaq asan olmayacaq”
Xosep Qvardiola ictimaiyyətə təqdim olunub. Təqdimat zamanı Qvardiola yeni komandasını xüsusi klub adlandırıb:

“Bura məşhur komandadı. Münhen klubunun məşhur oyunçuları və böyük tarixi var. Mən də onun bir hissəsi olduğuma görə şadam. “Bavariya”da Almaniyanın bütün ziyalı azarkeşləri mövcuddu. Bavariya”da yeni sxem qurmaq lazım deyil. Çünki bu klub “Barselona” kimi eyni keyfiyyətlərə malikdi. Bundesliqa çox mürəkkəb çempionatdı. Bizim üçün yenidən kubok qazanmaq asan olmayacaq. Dünyada xüsusi klublar azdı. “Bavariya” da onlardan biridi. Mənim üçün burada olmaq böyük şərəfdi”.

Xəbər 899 dəfə oxundu.