Perez: "İsko Madridi, biz də onu istəyirik"
Madrid "Real"ının prezidenti Florentino Perez klubun son transfer planları haqqında önəmli açıqlamalar verib.

Klub prezidenti "20 Munitos"a müsahibəsində yeni mövsümdən klubu çalışdıracağı gözlənilən PSJ-nin baş məşqçisi Karlo Ançelotti ilə hələlik müqavilə imzalamadıqlarını deyib:

"Hər şeyin yaxşı olmasını istəyirik. Ançelottinin Madridə gəlməsi, PSJ-nin Loren Blanla müqavilə imzalaması çox yaxşı olar".

İsko transferi haqqında da danışan Perez bildirib: "İsko Madridi, biz də onu istəyirik. Onun burada oynamaq üçün böyük şansı var. İşlər yaxşı gedərsə, baş məşqçinin gəlişinin ardından İsko ilə müqavilə imzalanacaq".

Klubun futbolçusu Ronaldonun müqavilə yeniləyəcəyinə inandığını deyən "Real"ın sahibi qeyd edib ki, portuqaliyalı hücumçunun məhz Madrid klubunda futbolçu karyerasını başa vuracağını düşünür: "Onun müqaviləni yeniləyəcəyinə inanıram. Ronaldo gələcəkdə də "Real"ın ən önəmli futbolçularından biri olacaq".

Xəbər 941 dəfə oxundu.