"Bavariya" prezidenti: "Qomes klubdan ayrılmaq istəyir"
"Bavariya"nın prezidenti Karl Haynz Rummeniqe klubun futbolçusu Mario Qomes haqqında önəmli açıqlama verib.

Klub prezidenti "Sky Sport"a müsahibəsində hücumçu üçün hər hansı rəsmi təklif almadıqlarını deyib: "Mario klubdan ayrılmaq istəyir. Ancaq indiyə kimi nə İtaliya klublarından, nə də başqa ölkələrinin komandalarında təklif almamışıq. Qomes çərçənbə günü olacaq hazırlıqlara qatılacaq".

Rummeniqe həmçinin vurğulayıb ki, Mario barədə hər hansı klubla razılığa gəlsələr, onun getməsinə icazə verəcəklər.

Qeyd edək ki, 27 yaşlı hücumçu ilə "Atletiko", "Mançester Siti", "Yuvetus" və "Fiorentina"nın maraqlandığı iddia edilir.

Xəbər 863 dəfə oxundu.