“Milan” prezidenti Silvio Berluskoni həbs edilib
“Milan” prezidenti Silvio Berluskoni həbs edilib.

Məhkəmə həddi-buluğa çatmamış qızla əlaqələrdə ittiham edilən İtaliyanın keçmiş baş nazirinə 7 il həbs cəzası verib.

Berluskoninin vəkilləri isə məhkəmənin qərarından şikayət edəcəklərini bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl "Milan"nın sahibi vergidən yayındığı üçün 5 illiyə siyasətdən uzaqlaşdırılmışdı. Bu cəzanın ardından isə Berluskoni ömürlük siyasətdən uzaqlaşdırılıb.

Qeyd edək ki, 76 yaşlı Silvio 1986-cı ildən “Milan”ın prezidentidir.

Xəbər 1300 dəfə oxundu.