«Simurq» Gürcüstana gedəcək
Mövsümü gümüş medallarla tamamlayan «Simurq»un əvəzedici heyəti sabah hazırlıqlara başlayacaq. Mingəçevirdə bir araya gələcək Rövşən Babayevin yetirmələri burda 3 günlük seleksiya məşqlərindən sonra – iyulun 3-dən Qaxda təlim-məşq toplanışına start verəcək.

İkihəftəlik hazırlıqların ardından «sarı-qaralar» Gürcüstana yollanacaq. Bir həftə də qonşu ölkədə təlim-məşq toplanışı keçəcək komanda bir neçə yoldaşlıq görüşündə gücünü sınayacaq.

Qeyd edək ki, «Simurq» Mingəçevirdəki məşqləri şəhər stadionunda keçirəcək. Əsasən heyəti formalaşdırmağa çalışacaq məşqçilər korpusu baxış üçün dəvət olunmuş gənc futbolçular arasında seçim edəcək.

Xəbər 821 dəfə oxundu.