Baş məşqçiyə canlı yayımda istefa verdiyini dedilər
İngiltərənin “Çempionşip” adlanan ikinci divizionundakı “Brayton” futbol komandasının baş məşqçisi Qustavo Poyet canlı yayımda ikən istefasından xəbər tutub.

"BBC"nin efirində ekspert kimi Konfederasiyalar Kubokunu şərh etdiyi vaxt aparıcı uruqvaylı mütəxəssisin istefaya göndərildiyi barədə klubun saytında yerləşdirilmiş xəbəri oxuyub.

Poyet bu xəbəri sakit qarşılayıb. O, öz istefasından canlı yayımda xəbər tutan ilk baş məşqçi olduğunu söyləyib.

Qeyd edək ki, Qustavo Poyet “Brayton”a 2009-cu ildə baş məşqçi təyin olunub. O, 2010-2011-ci il mövsümündə komandanı 3-cü liqadan Çempionşip”ə çıxarmağı bacarıb. Ötən mövsüm isə Premyer Liqaya vəsiqə uğrunda “pley-off” matçlarında “Brayton” uduzaraq, II liqada qalıb. Lakin istefa səbəbinin idmanla yox, baş məşqçinin klub rəhbərliyinin ünvanına tənqidləri ilə bağlı olduğu bildirilir

Lent.az

Xəbər 826 dəfə oxundu.