“Real”da futbolçuları alçaldırlar"
Son mövsüm göstəridiyi oyunla "Real"ın (Madrid) və "Mançester Siti"nin maraq dairəsinə düşən "Malaqa"nın futbolçusu İskonun illər öncə verdiyi açıqlama yenidən gündəmə düşüb.

2009-ci il İspaniya U-17 millisinin oyunçusu olan yarımmüdafiəçi müsahibəsində Madrid klubunu bəyənmədiyini deyib. Futbolçu bunu klubun öz oyunçularını alçaltması ilə əlaqələndirib: "Belə sözlər söyləyirəm, amma gələcəkdə harada oynacağım müəyyən deyil. “Real”da oyunçuları alçaldırlar".

Digər tərəfdən itinə Messi adı verən İsko bunun səbəbini belə açıqlayıb: "Messi dünyanın ən yaxşısıdır. İtim Messi də belədir".

Xəbər 968 dəfə oxundu.