"Beşiktaş" Ronaldiyoya 8 milyon avro təklıif edir
Məşhur braziliyalı futbolçu Ronaldinyo karyerasını "Beşiktaş"da davam etdirə bilər. Bu haqda Fanatik qəzeti xəbər yayıb. Xəbərdə qeyd olunur ki, braziliyalı futbolçuya görə "Qara qartal" qarşı tərəfə 8 milyon avro ödəməyə hazırdı. Qeyd edək ki, cari mövsümdə Ronaldinyo Braziliya çempionatında 6 qol vurub.

Xəbər 997 dəfə oxundu.