Avropa Liqasının I təsnifat mərhələsinin püşkü atılıb
Avropa Liqasının I təsnifat mərhələsinin püşkü atılıb. «Qarabağ» bu mərhələdə tanış rəqiblə qarşılaşacaq.

Belə ki, püşk Premyer Liqanın gümüş mükafatçısını Makedoniyanın «Metallurq» klubu ilə üz-üzə qoyub. Bu komandalar 2010/11 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşıb.
2010-cu ilin 1 iyulunda Bakıda keçirilən oyunda 4:1 hesablı qələbə qazanan «Qarabağ» səfər matçında heç-heçəyə razılaşmışdı – 1:1. «Metallurq»un qapısına «Qarabağ»ın 5 qoldan ikisini Emin İmaməliyev, qalan üçünü isə Rəşad Sadıqov, Əfran İsmayılov və Georgi Adamiya vurub. Bu futbolçulardan indi yalnız Rəşad Sadıqov «Qarabağ»ın heyətindədi.

Xəbər 912 dəfə oxundu.