19 yaşlı futbolçu "Real"ın hədəfində
Madridin "Real" klubu "Roma"nın futbolçusu Markinosu transfer etməkdə israrlıdır.

Əvvəl Madrid klubunun 20 milyon avroluq təklifini rədd edən Roma klubu 26 milyon avro ödəniləcəyi təqdirdə 19 yaşlı müdafiəçisini satacağını deyib. Futbolçunu heyətində görmək istəyən "Real"ın bu məbləği ödəyəcəyi istisna olunmur.

Qeyd edək ki, Markinos son mövsüm İtaliya A seriyasında 26 oyunda forma geyib.

Xəbər 863 dəfə oxundu.