Mançini: “Bir neçə təklif almışam”
“Mançester Siti”nin sabiq baş məşqçisi Roberto Mançini karyerasını Çində davam etdirə bilər. İtaliyalı mütəxəssislə bir neçə klublar maraqlanır.

Bundan başqa, Mançini hər hansı milli komandanın da “sükanı arxası”na keçə bilər. Bu barədə mütəxəssisin özü açıqlama verib: “Artıq iş haqqında bir neçə danışıqlar oldu. Mən İngəltərə Premyer Liqasına qayıda bilərəmmi? Bəli. İngiltərə, Fransa və İtaliyadan təkliflər almışam. Həmçinin milli komandaya da başçılıq etməyə hazıram”.

Xəbər 1120 dəfə oxundu.