22 yaşlı futbolçu tarixə düşdü
Uruqvay millisinin hücumçusu Abel Hernandez adını Konfederasiyalar kubokunun tarixinə yazdırıb. 22 yaşlı futbolçu bu rekorda Taiti ilə görüşdə vurduğu erkən qolla nail olub.

Qrupun son matçında Taiti ilə keçirilən görüşün 1 dəqiqəsinin 19-cu saniyəsində rəqib qapısına yol tapan Hernandez bununla da, turnirin ən erkən qoluna imza atıb.

Qeyd edək ki, Hernandezin poker etdiyi oyun 8:0 hesabı ilə Uruqvay millisinin xeyrinə başa çatıb.

Xəbər 874 dəfə oxundu.