“Akkord” Avropa Kubokuna qələbə ilə başlayıb
İyunun 10-da Slovakiyanın Bratislava şəhərində otüstü xokkey üzrə kişi və qadınlar arasında növbəti Avropa Çempionlar Kubokunun “Çelenc IV” turnirinə start verilib.
Yarışın ilk günü A qrupunda mübarizə aparan “Akkord” komandası Sloveniyanın “Moravski Toplitse” komandası ilə qarşılaşıb. Nəticədə “Akkord” “Moravski Toplitse” komandasına 10:2 hesabı ilə qalib gəlib. “Akkord”un hücumçusu Saleh Balamiyev rəqib qapısından 5 top keçirib.
Qeyd edək ki, “Akkord” komandası iyunun 11-də Türkiyənin “Qaziantep Polisgücü”, iyunun 12-də isə Slovakiyanın “Raca” komandası ilə qarşılaşacaq.

AzərTAc

Xəbər 1460 dəfə oxundu.