Futbolçu qarət olundu
“Qalatasaray”ın ulduz futbolçusu Didye Droqbanın 7500 avrosu oğurlanıb.

Pulu 35 yaşlı hücumçunun vətəni Kot d’İvuarın paytaxtı Abicanın otellərinin birində oğurlayıblar. O, otelin rəhbərliyinə hadisə ilə bağlı xəbər verib. İşlə bağlı araşdırma aparılır.

Maraqlıdır ki, bu oteldə oxşar hadisə başqa bir kot d’İvuarlı futbolçu, “Ştutqart”ın müdafiəçisi Artur Bokanın başına gəlmişdi.

Xəbər 942 dəfə oxundu.