“Çellenc Cup” yarışlarının püşkatma mərasimi keçirildi
Avropa Voleybol Konfederasiyasının (CEV) kuboku və “Çellenc Cup” yarışlarının püşkatma mərasimi keçirilib.

Azərbaycan klublarından “Lokomotiv” və “Azərreyl”in də rəqibləri müəyyənləşib. CEV kubokunda mübarizə aparacaq “Lokomotiv” Çexiyanın “Brno”, “Azərreyl” isə Serbiyanın “Partizan” komandası ilə qarşılaşacaq. Onaltıdabir finaldan mübarizəyə başlayacaq klublarımızdan “Lokomotiv” ilk oyununu evdə, “Azərreyl” isə səfərdə keçirəcək.

Qeyd edək ki, ilk oyunlar oktyabrın 22-24-də, cavab matçları 1 həftə sonra olacaqdır.

Xəbər 1510 dəfə oxundu.