Millimizin rəqibinin iki oyununun stadionu müəyyənləşib
2014-cü ildə Braziliyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı F qrupunda Rusiya yığmasının keçirəcəyi iki ev oyununun stadionu müəyyənləşib.

Sentyabrın 6-da Rusiya millisi Lüksemburqu Kazan mərkəzi stadionunda, dörd gün sonra isə İsrail kollektivini Sankt-Peterburqdakı “Petrovski” stadionunda qəbul edəcək.

AzərTAc

Xəbər 750 dəfə oxundu.