Frank Raykard PSJ-nin təklifini rədd etdi
PSJ klubundan ayrılacağı gözlənilən Karlo Ançelottinin əvəzinə baş məşqçi axtarışlarını davam etdirən Paris təmsilçisi daha bir rədd cavabı alıb.

Quus Hiddink, Andre Villaş-Baoş və Fabio Kapellonun ardından PSJ klubu bu dəfə hollandiyalı təcrübəli mütəxəssis Frank Raykarddan istədiyi cavabı ala bilməyib.

Belədə PSJ klubunun bütün diqqətini Fransa millisinin sabiq futbolçusu və baş məşqçisi Loran Blana yönəltdiyi bildirilir. Blanın da bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.

Qeyd edək ki, daha əvvəl "Barselona" və "Qalatasaray" klublarını çalışdıran Raykardın son iş yeri Səudiyyə Ərəbistanı millisi olub.

Xəbər 960 dəfə oxundu.