İspaniya millisinin futbolçuları qarət olundu
Konfederasiyalar Kuboku üçün Braziliyada olan İspaniya milli komandasının bəzi futbolçuları qarət olunub.

Bazar günü Uruqvay millisi ilə qarşılaşan komanda oteli tərk etdiyi zaman kimliyi məlum olmayan insanlar oyunçuların otaqlarına daxil olaraq 6 nəfərin şəxsi əşyalarını oğurlayıb.

Soyğuna uğrayan futbolçuların arasında "Barselona"nın müdafiəçisi Jerard Pike də olub. Zərərçəkən digər oyunçuların adları açıqlanmasa da, bəzilərinin 1000 avroya qədər pulunun oğurlandığı bildirilib.

Xəbər 917 dəfə oxundu.