Blatter: "Braziliyanı heç kəs buna məcbur etməyib"
FİFA prezidenti Yozef Blatter Braziliyada bəzi sakinklərin 2014-cü il dünya çempionatının onların ölkəsində təşkil olunmasına qarşı narazılığına münasibət bildirib.

"İTAR-TASS" agentliyinə danışan Blatter Braziliyanı dünya çempionatının ev sahibliyini almağa məcbur etmədiklərini açıqlayıb:

"Mən yerli sakinləri başa düşürəm. Ancaq burada futbolun təşkil olunması insanları bir araya gətirmək, onlar arasında körpü yaratmaq və hər kəsi xoşbəxt etmək üçündür. Braziliya özü ev sahibliyinə namizədliyini irəli sürüb. Heç kəs onları buna məcbur etməyib".

Qeyd edək ki, 2014-cü il dünya çempionatı məhz Braziliyada təşkil olunacaq.

Xəbər 857 dəfə oxundu.