PSJ Raykardı gətirmək istəyir
Quus Hiddink, Andre Villaş-Baoş və Fabio Kapellodan istədiyi cavabı ala bilməyən PSJ komandadan ayrılacağı gözlənilən baş məşqçisi Karlo Ançelottinin yerinə daha bir namizəd tapıb.

Bu dəfə klub son olaraq Səudiyyə Ərəbistan yığmasını çalışdıran Frank Raykardla danışıqlara başlamaq niyətindədir. Fransa təmsilçisinin yaxın günlərdə hollandiyalı çalışdırıcıya təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, 50 yaşlı Raykard “Barselona” və “Qalatasaray”da da baş məşqçi olub.

Xəbər 999 dəfə oxundu.