Bakıda keçiriləcək dünya çempionatının emblemi təqdim edildi
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə “Buta Palace”da keçirilmiş təntənəli mərasimdə 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının rəsmi emblemi FİFA-nın prezidenti Yozef Blatter tərəfindən təqdim edilib.
Xatırladaq ki, FİFA İcraiyyə Komitəsinin ötən il martın 19-da keçirilmiş iclasında 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.

Xəbər 2033 dəfə oxundu.