Bakı klubu “Partizan”a rəqib oldu
Bu gün Avropa Voleybol Konfederasiyasının kuboku və “Çelenc Cup”ın püşkü atılıb. Azərbaycan klublarından “Lokomotiv” və “Azərreyl”in də rəqibləri bilinib.

Belə ki, CEV kubokunda Bakı təmsilçiləri Brno və Belqrad komandaları ilə qarşılaşacaqlar. “Lokomotiv” Çexiyanın “Brno”, “Azərreyl” isə Serbiyanın “Partizan” klubu ilə düşüb. 1/16 finaldan mübarizəyə başlayacaq klublarımızdan “Lokomotiv” ilk oyunda evdə, “Azərreyl” səfərdə çıxış edəcək.

Qeyd edək ki, ilk oyunlar oktyabrın 22-24-də, cavab matçları 1 həftə sonra olacaq.

Xəbər 1071 dəfə oxundu.